Xaricdə yaşayan azərbaycanlılara sosial yardım ediləcək - 3 min manatadək + QƏRAR
05-11-2020 [10:23]
Nazirlər Kabineti "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanunu təsdiqləyib.
Mia.az xəbər verir ki, yeni qanuna əsasən, xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçiriləcək.
Aşağıdakı hallarda xaricdə yaşayan aztəminatlı azərbaycanlılar Azərbaycan Respublikasından sosial yardım almaq hüququna malikdirlər:
- qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda;
- fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda;
- vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.
Qaydaya əsasən, sosial yardım almaq üçün müraciət forması da məlum olub.
Sosial yardım almaq üçün müraciət edən şəxs “Elektron hökumət” portalında və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsinin “Dövlət xidmətləri” bölməsində yerləşən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlı müraciətlərin qəbulu” elektron xidmətindən istifadə etməklə, müraciəti elektron formada həyata keçirir. Bunun üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:
- sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxslər barədə təsdiqedici sənədlər;
- yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənəd.
Elektron formada göndərilmiş müraciət dərhal qeydiyyata alınır və 1 (bir) iş günü müddətində müraciət edən şəxsin elektron poçt ünvanına və mobil telefonuna bu barədə məlumat göndərilir. Məlumatın göndərildiyi tarix sosial yardımın göstərilməsi üçün müraciət edilən gün sayılır.
Xaricdə yaşayan aztəminatlı azərbaycanlıların sosial yardım almaq üçün təqdim etdikləri xarici ölkənin dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq olunmalıdır. Sənədlər xarici dildə tərtib edildikdə, onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunur.
Yeni qayda ilə sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi haslları da müəyyən olunub.
Sosial yardım almaq ilə bağlı müraciətlərə onların daxil olduğu gündən bu Qaydanın 3.1.1-ci yarımbəndində (qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər ) nəzərdə tutulmuş hallara dair 25 (iyirmi beş) iş günü, 3.1.2-ci yarımbəndində (fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda) nəzərdə tutulmuş hallara dair 5 (beş) iş günü, 3.1.3-cü yarımbəndində (vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda) nəzərdə tutulmuş hallara dair 3 (üç) iş günü müddətində Fond tərəfindən baxılır və müvafiq qərar qəbul edilir.
Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:
- bu Qaydada nəzərdə tutulan sənədlərdə əks olunan məlumatlarda uyğunsuzluq aşkar edildikdə və ya göstərilən məlumatlar tam və ya düzgün olmadıqda;
- şəxs yaşadığı ölkənin müvafiq dövlət orqanlarından sosial yardım aldıqda.
Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi hallarda yardımın məbləği və göstərilmə tarixi, təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildiyi hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın surəti həmin gün müraciət edən şəxsin əlaqə vasitələrinə göndərilir. Sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.
Yeni qaydaya əsasən, sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir.
Sosial yardım müraciət edən şəxsin bank hesabına, cənazənin Azərbaycan Respublikasına gətirilməsinə məsul olan qurumun hesabına köçürülmə yolu ilə ödənilir.
Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilir. Sosial yardımın göstərilməsinə nəzarət Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici İşlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN