Rövnəq Abdullayev SOCAR-ın rəhbər heyətini topladı: "Daha da əzmlə çalışacağıq”
10-11-2020 [17:46]
Noyabrın 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin rəhbər heyəti, idarə və müəssisə rəhbərləri ilə Azərbaycanın böyük Qələbəsi münasibətilə onlayn görüş keçirib.
SOCAR-dan Mia.az-a verilən məlumata görə, görüş iştirakçılarını Vətən müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edən R. Abdullayev deyib:
“Xalqımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında bir yumruq kimi sıx birləşməsi ölkəmizin müdafiə gücünü artırdı. Müzəffər Ordumuzun bir-birinin ardınca qazandığı hərbi əməliyyatlar nəticəsində düşmənin müqaviməti qırıldı. Duruş gətirə bilməyən düşmən təslim olmaq məcburiyyətində qaldı. Beləliklə də, qələbə bizim oldu! Bu qələbədə bütün Azərbaycan xalqı kimi, çoxminli neftçilərin də danılmaz əməyi var. Bu münasibətlə mən neftçi həmkarlarımızı ürəkdən təbrik edirəm. Biz çox xoşbəxt insanlarıq ki, ulu Tanrı bizə bu günləri görməyi nəsib etdi. İndi qarşımızda daha məsul vəzifələr durur. Azərbaycan respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, biz Qarabağımızı, xüsusilə onun incisi olan Şuşa şəhərini dirçəltməliyik. Azərbaycan neftçiləri olaraq, bu işdə bütün gücümüzü səfərbər edib, daha da əzmlə çalışacağıq”.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də görüşdə çıxış edərək, neftçilərimiz də daxil olmaqla bütün Azərbaycan xalqını, xüsusilə Milli Ordumuzu və onun başında duran Ali Baş Komandanımız cənab İlham Əliyevi təbrik edib.
O, deyib: “Qələbənin əldə olunmasında Azərbaycan neftçilərinin rolu böyükdür. Bu qələbə Ordumuzun rəşadətli əsgər və zabitlərinin, eyni zamanda ölkəmizin maddi vəziyyətinin, xalqımızın sosial rifahının yüksəlməsi, ordumuzun maddi təminatının yaxşılaşdırılması üçün gecə-gündüz yorulmaq bilmədən əzmlə çalışan neftçilərin əməyinin nəticəsidir. Möhtərəm Prezidentimiz özü də neftçilərlə çiyin-çiyinə çalışıb, onda da neftçi ruhu var. Azərbaycan xalqının qətiyyətli lideri, rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi bu qələbənin əldə olunmasında məhz İlham Əliyev həlledici rol oynayıb. Onun xalqımıza, xalqımızın ona olan inamı, bu çətin vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Azərbaycan neftçiləri olaraq, biz hər zaman cənab Prezidentimizin arxasındayıq və onunla fəxr edirik!”.
Məlumata görə, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də səsləndirilən təbriklərə qoşularaq, işğaldan azad olunan Qarabağ torpaqlarında bundan sonra aparılacaq quruculuq işlərində neftçilərin fəal rol oynayacaqlarına, onların öz zəhməti, biliyi, əzmi və iradəsi ilə Vətənimizə davamlı olaraq xidmət edəcəklərinə əminliyini bildirib.
Görüşdə neftçilər adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici İşlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN