Azərbaycanda ata qızını sevən oğlanı qətlə yetirdi

img

20-11-2013 [11:11]


Ötən gün Oğuz rayonunda baş verən ağır cinayətlə bağlı bəzi məqamlara aydınlıq gətirilib. Oğuz rayon prokurorunun köməkçisi Ruslan Ağayevin Ans Press-ə verdiyi məlumata görə, Muxas kənd sakini 1958-ci il təvəllüdlü Binyamin Məmmədalı oğlu Yusifov həmkəndlisi 1987-ci il təvəllüdlü Rüfət Eynulla oğlu Salamovu ov tüfəngindən güllələyib.

Güllə Rüfət Salamovun çiynindən dəyib. Güllə yaxın məsafədən açıldığı üçün öldürücü olub. Hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində 55 yaşlı kişi yaxalanıb.

Saxlanılan şəxs rayon prokurorluğuna verdiyi ilkin ifadədə bildirib ki, hadisəni qısqanclıq zəmnində törədib. Belə ki, Rüfət Salamov ilə Binyamin Yusifovun qızı arasında sevgi münasibət olub. Bu səbəbdən də Binyamin Rüfəti güllələyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA