Dövlət qulluqçuları toyuq soyğunçuluğunda!

img

19-11-2013 [12:19]


Ekologiya Nazirliyinin bəzi əməkdaşlarının ağacların kəsilməsində, yaşıllıqların məhv edilməsində əllərinin olduğunun şahidi olmuşduq. Amma budəfəki hadisə tamamilə tükürpədici oldu. Adının hallanmasını istəməyən vətəndaşlardan biri bu gün əlaqə yaradaraq xəbər verdi ki, Ekologiya Nazirliyinin əməkdaşları Qobustan rayonu ərazisində yolun kənarında sakinlərin toyuq-cücəsini "çöl quşları” adı ilə, sözün əsl mənasında, qapazlayırlar. Əvvəllər bir neçə dəfə bu hadisənin baş verdiyini deyən vətəndaş qeyd etdi ki, hazırda yenə bu çirkin əməl davam etməkdədir. Hadisənin, doğrudan da, baş verdiyini öyrənmək üçün Ekologiya Nazirliyinin bəzi əməkdaşları ilə əlaqə saxladıq. Adlarının çəkilməsini istəməyən dövlət qulluqçuları əvvəl təkzib etmək istəsələr də, sonradan faktı təsdiq etdilər. Birlik.az saytı olaraq qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, məsələni Ekologiya Nazirliyinin rəsmiləri ilə əlaqə saxladıqdan sonra davam etdirəcəyik.

Birlik.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA