Moskvada “Lotu Quli”nin adamı həbs olundu

img

13-11-2013 [12:20]


Moskvada azərbaycanlı sahibkarları oğurlayaraq əvəzində pul tələb edən qruplaşmanın lideri, Azərbaycanda həbsdə olan "Lotu Quli” ləqəbli Nadir Səlifovla əlaqəsi olan 26 yaşlı azərbaycanlı saxlanılıb.

APA-nın "RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Komitədən bildiriblər ki, əvvəlcə hüquq-mühafizə orqanları adam oğurluğu ilə məşğul olan qruplaşmanın liderlərindən birini yaxalayıblar və mütəşəkkil dəstənin izinə düşüblər. Daha sonra polis dəstənin daha bir fəal üzvünü, 26 yaşlı Azərbaycan vətəndaşı Razim Əhmədovu həbs edib. Onun Azərbaycanda həbsdə olan kriminal avtoritet, "Lotu Quli” ləqəbli Nadir Nəriman oğlu Səlifovla əlaqəli olduğu müəyyənləşib. N. Səlifov həbsdə olsa da, Rusiyada fəaliyyət göstərən və azərbaycanlı sahibkarların oğurlanması ilə məşğul olan kriminal qruplaşmaya nəzarət etməyə davam edib. Polis müəyyən edib ki, R. Əhmədov potensial qurbanların müəyyənləşdirilməsi və qruplaşmaya bildirilməsi, eləcə də "Quli”nin tapşırıqlarının kriminal qruplaşmaların liderlərinə çatdırılması ilə məşğul olub. R. Əhmədov Moskva şəhərindəki evində həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA