Ermənistan Bərdəni atəşə tutdu: "3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb, aralarında azyaşlı və qadınlar da var”

img

27-10-2020 [17:38]


“Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb”.

Mia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, xəsarət alanlar arasında qadınlar və uşaqlar var: "Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu”.


Digər xəbərlər
SON XƏBƏRLƏR