Rusiya XİN: "KTMT-nin Qarabağda gedən döyüşlərə müdaxilə etməsi mümkün deyil"

img

23-10-2020 [14:09]


Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, münaqişə Dağlıq Qarabağ ərazisindədir və Ermənistanın özünə keçməyib.

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, o, bu səbəbdən  KTMT-nin Qarabağda gedən döyüşlərə müdaxilə etməsinin mümkün olmadığını deyib: "Münaqişə Ermənistan ərazisinə keçməyib. Nə də Ermənistandan KTMT-yə heç bir müraciət olunmayıb, KTMT-nin əsasnaməsinə görə, əgər üzv dövlətlərə açıq təcavüz olarsa, o zaman vəziyyətə müəyyən müdaxilə ola bilər. İndilikdə isə qarşıdurma tanınmayan Dağlıq Qarabağda gedir. Ona görə, təkrar edirəm, KTMT-nin müdafiə potensialından istifadə barədə danışmaq düzgün deyil”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR