Rəşad Nəbiyev: "Bu festivalı Şuşada və Qarabağın digər ərazilərində keçirmək mümkün olacaq”

img

07-02-2022 [11:32]


"Bu il Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının gələcəkdə Şuşada təşkil olunacağı istisna deyil”.

Bunu festivalla bağlı keçirilən mətbuat konfrasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“Təbii ki, gələcəkdə bu festivalı Şuşada və Qarabağın digər ərazilərində keçirmək mümkün olacaq”, - deyə o, qeyd edib.

“TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar isə deyib ki, tədbirin Şuşada keçirilməsində maraqlıdırlar: “Bundan başqa, festival çərçivəsində baş tutan müsabiqələrin də bir qismi Qarabağda təşkil oluna bilər”.

R.Nəbiyev isə həmçinin deyib ki, builki festival Bakıda keçirilsə də, digər ölkələrdən iştirakçılar virtual olaraq tədbirə qatıla bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA