"Paşinyanı Çauşeskunun taleyi gözləyir” - Deputatdan təhlil

img

22-10-2020 [14:15]


“Dünən Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyan edilən 21 kənd və bir qəsəbənin azad olunması xəbəri, Müzəffər Ordumuzun bütün döyüş xətti boyu əldə etdiyi nailiyyətlər, o cümlədən uğurlu Zəngilan əməliyyatı 26 gündür davam edən “sülhə məcbur etmə” adlı müharibənin qələbə ilə başa çatmasında misilsiz rol oynayacaq”.

Mia.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, rəşadətli əsgər və zabitlərimizin fədakarlığı sayəsində cənub cinahında qoşunlarımızın Ermənistanla sərhədə qədər irəlilədiyini görmək olar:

“Bu, istər strateji, istər taktiki baxımdan savaşın müqəddaratını həll edəcək. İranla sərhədə tam nəzarətin təmin olunması silahlı əməliyyatların coğrafiyasını qonşu ərazilərə keçirmək istəyən düşmənin planlarını məhv edir. 70 kmdən artıq sərhəd zolağının tam nəzarət altına alınması, çoxəsrlik keçmişimizin,cümlədən Gülüstan və Türkmənçaya aparan 200 il əvvəlki hadisələrin axarını dəyişir, tarixi Araz çayının sahillərinə toparlanıb milli ordumuzun qəhrəmanlığını alqışlayan sıravi İran vətəndaşlarının təhlükəsizliyini, eləcə də rəsmi Tehran hakimiyyətinin ölkəmizlə dostluq münasibətlərinə və tərəfdaşlığına sadiq qalması üçün böyük əhəmiyyət kəsb edir”

Millət vəkili bildirib ki, Naxçıvanla ən yaxın quru sərhədinin, o cümədən tarixi Zəngəzurla qonşuluğun və Nüvədi-Meğri dəhlizinin ön dağlıq hissələrinə gətirib düzülən Rusiya bayraqları Zəngilanın ən ucqar nöqtəsi olan Ağbənd kəndinin strateji qovşaq olduğuna təminat verir:

“Bununla da indiyədək azad olunmuş 121 kənd, qəsəbə və 4 rayon mərkəzinin, eləcə də qazanılmış strateji yüksəkliklərin yaxın hərbi əməliyyat şəraitinə diqtə etməyə şərait yaratması Qarabağın və işğal olunmuş torpaqların yarısına Şanlı Ordumuzun nəzarət etməsinin sübutudur, dünya hərb tarixinin istər klassik, istərsə də müasir dövrünün ən parlaq səhifələridir. Birinci və ikinci müdafiə xətlərinin darmadağın edilməsi və arxa cəbhədə qısa müddətdə dayanıqlı istehkamlar qura bilməmək Ermənistanın hərbi kapituliyasiyasını qaçılmaz edir”.

Zahid Oruc dünən İrəvan rəhbərliyinin xalqa dördüncü dəfə səfərbərlik çağırışı ilə müraciət etməsinin 40 minlik ordunun döyüş meydanlarında məğlub olmasının məsuliyyətini vətəndaşlarla bölüşməyə çalışmasını göstərdiyini vurğulayıb:

“Kənd icra orqanlarının marzaları, bələdiyyə rəhbərləri, uğursuz sorosçu şəhər merləri isti kabinetlərini göydən tökülən kamikadze dronlarının yağışı altına və soyuq səngərə dəyişəsi deyillər. Dünən Ermənistanda sabiq prezidentlərin görüşü dövlət idarəçiliyi böhranının pik nöqtəyə, prezident Armen Sarkisyanın isə KTMT-yə deyil, NATO rəhbərliyi ilə görüşə gedərək ümidsiz qayıtması xarici siyasət kursunun iflası deməkdir. 220 illik savaşı prezident İlham Əliyevə uduzan və bununla da 10 milyonluq dünya erməniçliyinin tarixi ideallarını qoruya bilməyən Paşinyanı Rumıniyanın sabiq lideri Çauşeskunun taleyi gözləyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR