Karyerasının son mərhələsinə qədəm qoyan Robert Levandovskinin "Barselona"da qalmaq üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razı olduğu bildirilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, polşalı hücumçu, bir neçə iddialı klubun marağ dairəsindədir.

Qeyd edilir ki, polşalı ulduz Kataloniyadakı ailəsinin rahatlığına üstünlük verdiyi üçün yeni müqavilə imzalamağa hazırdır.

Xatırladaq ki, Levandovski bu mövsüm "Barselona" forması ilə 35 matçda iştirak edib, 14 qol vurub və məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ