"Beşiktaş"ın mövsümün əvvəlində İtaliyanın "Kalyari" komandasına icarəyə verdiyi hücumçu Semih Kılıçsoy, klubdan ayrılması ilə bağlı diqqətəlayiq açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamalarında bu sözlərə yer verib:
"Heç vaxt Beşiktaşdan ayrılmaq istəməmişəm. Orada missiyamı başa vurmadığıma inanırdım və orada qalıb uğur qazanmaq istəyirdim. Hər şey yaxşı gedirdi və birdən məni naməlumluğa atdılar ki, bu da zehni vəziyyətimə bir az gərginlik saldı. Van Bronkhorstdan niyə oynamadığımı soruşdum. O, mövsümdən əvvəl mənim getməyimi istəmədiyini demişdi. Mənə dəqiq cavab verilmədi. Bu, bir qədər taktiki şəkildə müzakirə edildi. Sonra isə fikirlər yarandı. İnsanlar başqa şeylər haqqında danışırdılar. Məni mənfi təsvir edirdilər. Baş verməyən şeylər sanki baş vermiş kimi danışılırdı. Bu, mənə çox pis təsir etdi."
Fərid
MİA.AZ