"Fənərbağça" bu axşam 27-ci həftə matçında "Qaziantep"i qəbul edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 4 həftədə 7 xal itirən "sarı-lacivərdli" komanda rəqibini məğlub edərək çempionluq arzusunu qorumağı hədəfləyir.
"Fənərbağça" bu heyətlə oyuna başlayacaq:
Ederson, Mert Müldür, Yiğit Efe, Oosterwolde, Levent, Guendouzi, Kante, Nene, Asensio, Kerem, Cherif (Talisca)
"Qaziantep FK" matçından əvvəl yığılan sarı vərəqələrə görə "Fənərbağça"nın altı oyunçusu cəzalı vəziyyətə düşə bilər.
Zədəli Nelson Semedo ilə yanaşı, Archie Brown, Kerem Aktürkoğlu, Antony Musaba, Mert Müldür və Matteo Guendouzi bu gecəki matçda sarı vərəqə alsa, "Beşiktaş"la növbəti liqa oyununu buraxacaq.
Fərid
MİA.AZ