İtaliya nəhəngi "Yuventus" klubu baş məşqçisi Luciano Spalletti ilə müqaviləni uzatmağa hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni müqavilə 2027-ci ilin yayınadək nəzərdə tutulacaq.
Məlumata görə, nailiyyətlərə uyğun olaraq müqavilə daha 1 il artırıla bilər.
Xatırladaq ki, Luciano Spalletti komandası 29 matça çıxıb və 53 xalla A Seriyasında beşincidir.
Fərid
MİA.AZ