"Fənərbağça"nın ulduzu Marko Asensio İspaniya klublarının diqqət mərkəzinə düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Vilyarreal" rəhbərliyi onun üçün "Fənərbağça"ya 15 milyon avroluq rəsmi təklif göndərməyi planlaşdırır.
Lakin, "Fənərbağça" rəhbərliyi ulduz futbolçusunu asanlıqla buraxmaq niyyətində deyil və ən az 20 milyon avro tələb edir
İstanbul təmsilçisi 20 milyon avrodan aşağı olan təklifləri müzakirə etməyəcəyini bildirib.
Xatırladaq ki, Asensio ümumilikdə 30 matça çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid
MİA.AZ