"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenə Avropa klubları elçi düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nigeriyalı hücumçunu "PSJ", "Bayern Münhen" və "Atletiko Madrid" klubları izləyir.
Bildirilib ki, "Atletiko Madrid" onu hücum xəttini gücləndirmək üçün ideal oyunçu kimi hesab edir.
"PSJ" onu "yenidənqurma" layihəsində hücum xəttinə rəhbərlik etmək üçün ideal transfer kimi müəyyən edib. Fransa nəhənginin maliyyə vəziyyəti sayəsində böyük bir təklif mümkündür.
"Bayern Münhen" də ciddi təhlükə yaradır. Alman klubunun hücumçuya ehtiyacı var və Osimhen onların ənənəvi dominant 9 nömrəli formasına uyğundur.
Bu mövsüm "Qalatasaray"da ümumilikdə 23 oyun keçirən Viktor Osimhen 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ