"Fənərbağça"nın baş məşqçisi Domenico Tedesco "Nottingem Forest" ilə oyundan sonra müsahibə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tedesco, yaşadıqları məğlubiyyət barədə bu sözləri deyib:
“Bu, ilk dəfə deyil. Bu, əvvəllər bir neçə dəfə baş verib. Əvvəllər də bunun əvəzini çıxa bilmişdik. Bu, böyük fərq idi. İstəmədiyimiz üçün yox. Bu gün həqiqətən istəyirdik, amma oyunu gördünüz. Bu gün heç bir şansımız yox idi. Hesab 5-0 ola bilərdi. Bunu da qəbul edərdik. Ən əsası odur ki, dürüst olmalı və həll yolları tapmalıyıq.”
Fərid
MİA.AZ