Braziliyanın "Palmeyras" klubu Luis Enrike ilə maraqlanır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Palmeyras" Luis Enrikenin transferi üçün "Zenit" klubuna 29 milyon avro təklif edib.
Lakin, "Zenit" təklifi rədd edib və braziliyalı futbolçunun satışı üçün 40 milyon avro tələb edir.
Xatırladaq ki, Luis Enrike bu mövsüm 19 matça çıxıb 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" 25 yaşlı oyunçunun bazar dəyərini 24 milyon avro olaraq qiymətləndirir.
Fərid
MİA.AZ