Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 8 gündür su gəlmir.

Mia.az xəbər verir ki, bu məlumatı sabiq deputat, təhsil üzrə tanınmış ekspert Etibar Əliyev sosial media hesabında açıqlayıb.

O bildirib ki, yaşadığı qəsəbədə mənzilə su daşıyırlar: "Keçmiş “Azərsu”yun rəhbər işçilərinə də bu maraqlı idman növü ilə məşğul olmağı arzulayıram. Vannada çimmək isə əsl nostaljidir. Həm suya, həm də sabuna qənaət edirsən. Əsl qənaət rejiminə keçmişik. Vedrə satışında da əsaslı dəyişikliklər müşahidə olunacaq…".

Sabiq deputatın açıqlamasının altında yazılan şərhlərdə Dövlət Su Agentliyi və onun qurumları tənqid atəşinə tutulub.

Mia.az olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin səhifəsinə daxil olub, yaranmış problemlə əlaqədar quruma sorğu vermək istədik. 

Aydın olub ki, qurumun yarıtmaz planlaması nəticəsində son bir ildə Bakıda demək olar ki, hər yerdə su problemi qabarmağa başlayıb.

Məhz bu səbəbdən qurumun rəsmi səhifəsində Dövlət Su Agentliyinin rəhbərliyinə hətta qarğış da yağıdırılıb. susuzluqdan dad edən bir neçə narazı sakin isə hisləriin cilovlaya bilməyərək, cavabdeh quruma ünvanlı  "Yezid sizdən yaxşıdır", - deyə yazıb.

Şərh vermədən onların bəzilərini tədqim edirik:

Samir MUSAYEV

MİA.AZ