"Mən, bir müəllim kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası-nın (daha dəqiqi ATİAHİ) üzvüyəm. Keçən aydan (19 iyunda) e-ahik.az saytına putyovka üçün müraciət etmişəm. Ancaq bu ayın iyul ayında imtina cavabı gəlib. Özü də bu imtina mənim tətil üçün seçdiyim vaxtdan (13-19 iyul) sonra gəlib".

Mia.az xəbər verir ki, bunu yazıçı Qan Turalı (Tural Cəfərov) sosial media hesabında yazıb.

O, daha sonra belə davam edib: "Təsəvvür edirsinizmi? Ümumilikdə, bu seçimin hansı əsaslarla aparıldığı da məlum deyil. Sadəcə, "Təsdiq gözlənilir" cavabı çıxır, ancaq bu cavab gəlmir ki, gəlmir. İmtina cavabı göstərilən tarixdə yer olmadığı ilə əsaslandırılıb. Bəli, bu əsaslı səbəb ola bilər, ancaq bunun üçün insan bir ay gözlədərlərmi?

Yenidən müraciət göndərmişəm. Görəsən, bunun cavabı nə zaman gələcək?

Sistemin elektronlaşdırılması çox yaxşı haldır. Ancaq, elektron sistem əlavə süründürməçilik yaratmaq üçün yox operativlik üçün olmalıdır".

Samir

MİA.AZ