"Fənərbağça Beko"dan ayrılan amerikalı ulduz idmançı Naycel Hayes-Devis vida mesajında türklərin "qəlbindən vurub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Naycel Hayes-Devis ayrılığını Mustafa Kamal Atatürkün sözləri ilə bəyan edib.

O, bu barədə paylaşımında yazıb: "Türkiyədən ayrılarkən sözümü çox sevdiyim türk Atatürkün sözləri ilə bitirmək istəyirəm: "Qələbə "Qələbə mənimdir" deyə bilənlərindir. Uğur "bacaracağam" deməyə başlayıb, sonda "bacardım" deyə bilənlərindir. Qələbə və uğur birlikdə bizimdir!

İndisə vidalaşma zamanıdır".

Xatırladaq ki, amerikalı ulduz ölkəsinə geri dönüb.

Fərid ASLAN
MİA.AZ