FİFA Türkiyə klubunu cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə 3-cü  liqada mübarizə aparan İzmirin "Altay" klubunun  prezidenti Sinan Kanlı açıqlama verib.

Onun sözlərinə görə, klubun əvvəlki illərdə polşalı qapıçı Adam Staçovyaka borcu qalıb: "Klub 2020-2021 mövsümündə 1-ci Liqada 4 oyun keçirən polşalı qapıçı Adam Staçovyaka faiz də daxil olmaqla borclu olduğu 600.000 avroya görə cəzalandırılıb. FİFAnın qərarına görə komandamızın  6 xalı ilkin cəza olaraq silinib".

Klub prezidenti deyib ki, borcla bağlı polşalı qapçı ilə danışıq aparıb, ondan güzəşt istəyib: "Günlərlə onunla danışdıq. Təəssüf ki, qapıçı Adam Staçovyakın güzəştə getmək və ya razılığa gəlmək istəmədi"

Fərid ASLAN

MİA.AZ