Bu gün Azərbaycan Premyer Liqasında "Turan Tovuz" evdə "Qəbələ" ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, Tovuz kmandası evində məğlub olub - 0:2
Bu nəticədən sonra "Qəbələ" 3 xalla 3-cü pillədə qərarlaşıb. "Sabah", "Qarabağ", "Zirə" və "Neftçi"də eyni xala malikdir. Xalı olmayan "Turan Tovuz" isə 9-cı sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" evdə "Səbail"i 3:1, "Neftçi" "Şamaxı"da eyniadlı komandanı 1:0, "Sabah" isə evdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.