İtaliya A Seriyasının 24-cü turunda "İnter" səfərdə "Sassuolo" ilə üz-üzə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyun "İnter"in darmadağını ilə başa çatıb - 0:5.

"İnter"in qollarını 11-ci dəqiqədə Bissek, 28-ci dəqiqədə Tyuram, 50-ci dəqiqədə Martinez, 53-cü dəqiqədə Akanji və 89-cu dəqiqədə Enrike vurub.

Onu da qey edək ki, "Sassuolo"nun oyunçusu Matiç 55-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra "İnter"in xalı 58-ə yüksəlib. "Sassuolo" 29 xalla qalıb.

Fərid ASLAN

MİA.AZ