Almaniya Bundesliqasının 21-ci turunda "Bavariya" doğma meydanında "Hoffenhaym"la üz-üzə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyunda "Bavariya"lı Luis Diaz het-trikə imza atıb.

Matç "Bavariya"nın 20 və 45-ci dəqiqələrdə Harri Keyn, 45+2, 62 və 89-cu dəqiqələrdə isə Diazın qolları ilə 5-1 hesablı nəticə ilə bitib.

"Hoffenhaym"ın yeganə qoluna 35-ci dəqiqədə Kramariç imza atıb.

Bu nəticə ilə liqanın lideri "Bavariya" xalını 54-ə yüksəldib.

Fərid ASLAN

MİA.AZ