Türkiyə Super Liqasının son turunda "Beşiktaş"ın "Alanyaspor ilə 2-2 hesablı oyunundan sonra Baş məşqçi Sergen Yalçın jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 53 yaşlı məşqçi mövsümün ən pis ilk 20 dəqiqəsini bu oyunda keçirdiklərini bildirib: "Oyunun başlanğıcda gözləmədiyimiz şeylər baş verdi. 2-0 hesabı ilə geridə qaldıq, əhval-ruhiyyəmizi və azarkeşlərin dəstəyini itirdik. Matçın 25-ci dəqiqəsindən sonra oyuna nəzarəti ələ aldıq. İlk hissəni 2-1 hesabı ilə başa vurduq. İkinci hissədə oyuna daha çox güc qoymaq istədik, təəssüf ki, 2-0 hesabından sonrakı motivasiya nəticəsini qələbəyə çevirməyə imkan vermədi. Rəqibin müdafiə xəttini aşa bilmədik. Düzdür, qazanmaq üçün şanslar yaratdıq. Lakin bərabərlk qolundan artığını edə bilmədik."

Yalçın deyib ki, komandanın yeni transferlərindən razıdır: "Onlar  olduqca yaxşı görünürdülər. Ümid edirəm ki, bundan sonra işlər daha da yaxşılaşacaq. Bütün oyunçular komandalarında oynayan vacib oyunçulardır. Gənc oyunçularla gücləndirməyı çalışırıq. Bu dəyişiklik prosesi yaxşı olacaq. Düşünürəm ki, düzgün addımlar atdıq".

Fərid ASLAN

MİA.AZ