"Zirə"də idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.
Mia.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin fəxri prezidenti Orxan Məmmədov özünün tviter səhifəsində paylaşım edib.
O bildirib ki, iclasda klubun Müşahidə Şurası yaradılıb: "Müşahidə Şurasının sədri seçilməyimlə bağlı göstərdikləri etimada görə üzvlərə təşəkkür edirəm".