"Zirə" klubu Benin milli komandasının üzvü Moiz Adileu ilə anlaşıb.
Mia.az xəbər verir ki, klub onunla 1+1 illik müqavilə imzalayıb.
Bildirilib ki, təcrübəli oyunçu daha əvvəl Fransanın "Valensiyen", "Pau", "Vitre", Slovakyanın "Slovan"(Bratislava), Yunanıstanın "Kerkira", "Levadiakos", Türkiyənin "Boluspor" və Niderlandın "NAK Breda" klubunda da çıxış edib.