"Neftçi" Türkiyənin “İstanbul Başakşehir” klubunun oyunçusu Mert Çeliklə yenidən anlaşıb.
Mia.az xəbər verir ki, 22 yaşlı müdafiəçi daha 1 il müddətinə icarəyə götürülüb.
Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.