"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.
Mia.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb.
Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub.
83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Onu da qeyd edək ki, oyundan sonra insident baş verib.
Belə ki, qonaqların bəzi oyunçuları görüş bitən kimi "ağ-qaralar"ın futbolçularına hücum edib.
Onları çətinliklə sakitləşdirmək mümkün olub.