İŞĞALDAN AZAD OLUNAN XUDAFƏRİN... - Prezident video paylaşdı + VİDEO

img

18-10-2020 [18:02]


Prezident İlham Əliyev öz tvitter hesabında Xudafərin körpüsündən video paylaşıb. 

Mia.az xəbər verir ki, videoda görünür ki, əsgər Xudafərin körpüsündəki qələbə münasibətilə Ali Baş Komandana raport verərək deyib:

“Möhtərəm Cənab Prezident

Cənab Ali Baş Komandan,

Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Xudafərin körpüsü və ərazisi işğaldan azad edilmişdir.

Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Prezident videoya “Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA