Türkiyə parlamentinin spikeri: "Bunları Bakıda da təkrar ifadə edəcəyik"

img

18-10-2020 [17:12]


"Haqlı davasında Azərbaycanı dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etdik. Bunları Bakıda da təkrar ifadə edəcəyik, bundan məmnunluq duyacağıq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qardaş Azərbaycanın müstəqillik gününü təbrik edir: “Azərbaycan bayrağının bu torpaqlarda dalğalanması üçün də daim təmənni və dua edirik. Bu, sadəcə mənim fikrim deyil, parlamentimizin və Türkiyədəki 83 milyonun fikridir. Onların da duaları daim Azərbaycanladır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA