Hikmət Hacıyev Gəncədə: "Əziyyət çəkmiş, həyatını itirmiş insanların ah-naləsi yerdə qalmayacaq"
17-10-2020 [17:40]
Azərbaycan prezidentin köməkçisi Hikmət Hacıyev xarici dövlət nümayəndələri ilə birgə ermənilərin Gəncəyə növbəti dəfə raket atması nəticəsində baş vermiş hadisə yerinə gedib.
Məlumata görə, onlar həmin yerlərdə olub, baş vermiş hadisə ilə bağlı mətbuat nümayəndələrinə müsahibə veriblər.
Qeyd edək ki, gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raketlər atılıb, 13 nəfə həlak olub, 40 dan çox insan xəsarət alıb. Bir çox ev tamam dağılıb və ciddi zərər görüb/Report.
Mia.az xəbər verir ki, Hikmət Hacıyev Gəncədə diplomatlar qarşısında çıxış edib. O bildirib ki, Azərbaycan Ermənistanın alçaq və şərəfsiz hücumları ilə üz-üzədir: "Çox təəssüf ki, dünya bu alçaqlığıa hələ də susur".
***
“Mənfur düşmən döyüş meydanında olan zəifliyinin, qorxaqlığının xaincəsinə qisasını mülki insanlardan alır”.
Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Gəncəyə səfəri zamanı çıxışında bildirib.
O qeyd edib ki, bir həftə öncə də Ermənistan silahlı qüvvələri Azərbaycan ikinci böyük şəhəri olan Gəncəyə xaincəsinə hücum həyata keçirmişdi: “Onlar raketlərdən, SCAD raketindən istifadə edirlər. Bu dəfə də çox böyük dağıntı gücünə malik olan SCAD raketlərindən istifadə edirlər. Onlar insanlar arasında qırğına səbəb olmaq, sanki Gəncə insanları arasında, ölkəmizin vətəndaşları sırasında təftiş, təşviş yaratmaq kimi məqsədlər güdürlər. Amma onlar heç zaman məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqı əzmlidir. Əzmimiz ondan ibarətdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqları işğaldan azad edilsin. Onlar bu mənfur cinayətləri gizlətmək üçün, beynəlxalq ictimaiyyəti aldatmaq, yalan, dezinformasiya, təbliğat kimi məlumat yaymaqdadırlar.
Azərbaycan Respublikasında akkreditə olunan səfirliklər, səfirliklərin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelərə yenə Gəncəyə səfər etdikləri üçün təşəkkür edirik. Onlar bizimlə birlikdə gəldilər ki, Ermənistan ordusunun n xaincəsinə, alçaqcasına, şərəfsizcəsinə törətdiyi bu cinayətlə yerində tanış olsunlar. Bir həftə öncə yenə də Gəncədə idik, yenə də növbəti faciə baş vermişdi. Yenə də növbəti faciə məqsədilə Gəncəyə gəlmişik. Beynəlxalq ictimaiyyət bu kimi iyrənc, bu kimi şərəfsiz halların baş verməsini bir daha şahidi olur. Onlar da görürlər, öz ölkələrinə bu barədə məlumat verəcəklər”.
H. Hacıyev deyib ki, Gəncədəki hücum nəticəsində əziyyət çəkmiş, həyatını itirmiş insanların ah-naləsi yerdə qalmayacaq: “Haqq səsi bütün beynəlxalq ictimaiyyətə çatdırılır, beynəlxalq media nümayəndələri də buradadır. Səfirlər, diplomatlar, hərbi attaşelər də öz ölkələrinə bu barədə məlumat verəcəklər. Bir daha da fürsətdən istifadə edib bizimlə bu səfərə gələn diplomatik korpusun nümayəndələrinə dərin təşəkkürümü bildirmək istəyirəm. Gəncə əhalisi və Gəncə sakinləri həmişə möhkəmdir, həmişə dövlətçiliyimizin yanındadır.
Bu Vətən müharibəmizdə Gəncənin şəhidləri var və eyni zamanda mülki insanların içərisində də şəhidlər var. O cümlədən Azərbaycanın digər şəhərləri, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdamın kəndləri, hamısı düşmənin hücumlarına, artilleriya zərbələrinə sinə gərirlər, mətinliklə, qəhrəmancasına öz əzmlərini nümayiş etdirirlər. Bu gün Ali Baş Komandan tərəfindən hər birimizin 27 il gözlədiyimiz növbəti gözəl xəbər çatdırıldı. Bu da Füzuli rayonunun işğaldan azad edilməsi idi”/APA.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı