DİN Astaradakı dəhşətli qətllə bağlı məlumat yaydı

img

15-11-2013 [11:45]


Daxili İşlər Nazirliyi Astarada törədilən qətllə bağlı məlumat yayıb. MİA DİN-in saytına istinadən xəbər verir ki, noyabrın 14-də Astara rayonu Sığalonı kəndində kənd sakini İsmayıl Qulamov ailə münaqişəsi zəminində Məhbubə Nuriyevaya əvvəlcə kəsici alətlə xəsarət yetirib, sonra odlu silahdan atəş açaraq onu və özünü öldürüb.
Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-20” markalı ov tüfəngi, 1 ədəd patron və 1 ədəd giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA