"Şagirdlərin təxminən 25 faizi məktəbdə yoluxub" - Nazirdən açıqlama

img

16-10-2020 [12:02]


"Yoluxmuş 636 şagirdin adı sistemdə var. Bu şagirdlərin heç də hamısı məktəbə gəlməyib. Onlar ailədə və digər şəraitdə yoluxublar".

Bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, məktəbə gəlmiş şagirdlərin təxminən 25 faizi məktəbdə yoluxub:

“Bu halda həmin siniflər bağlanıb. Ümumilikdə bir sinifdən 4-5 şagirdin yoluxması halı qeydə alınmayıb. Müəllimlər arasında kütləvi yoluxma hallarına rast gəlib”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA