"Nazirlər Kabinetinin qərarı repititor və kurslara aid deyil" - Nazir və TƏBİB rəsmisindən açıqlamalar

img

16-10-2020 [11:28]


“Ənənəvi olaraq noyabrda həftə sonları ilə birgə 9 gün tətil nəzərdə tutulurdu. Biz bu günləri hazırki qərarda nəzərdə tutulan günlərlə əvəzləşdirə biləcəyik”.

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Şagirdlər arasında kütləvi yoluxma hallarına rast gəlməmişik. İnternetdə bəzi platformada məhdudiyyətlər var. Bəzi müvafiq qurumlarla bununla bağlı əlaqə qurulub. Oktyabrın sonunda bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Biz bu çətinlikləri aradan qaldırmaq üçün bu tətildən istifadə edəcəyik"/Report

Nazir bildirib ki, Nazirlər Kabinetinin qərarı yalnız təhsil müəssiəslərinə aiddir: "Repititor və digər təhsillə məşğul olan qurumlara aid edilmir”.

Onun sözlərinə görə, hazırda iqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə əl atılmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, təhsil kursları ilə bağlı bəlli bir tələblər var: "Adətən kurslara gedən şagirdlər yuxarı sinif şagirdləridir. Onların qaydalara əməl etməsinə nəzarət daha rahatdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA