Vilayət Eyvazov polkovnikə DYP-də iki yüksək vəzifə verdi - Kamran Əliyev Ramiz Zeynalovun müavini də oldu

img

16-10-2020 [00:04]


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilib.

Məlumata görə, K. Əliyev BDYPİ-nin İmtahan Qeydiyyat idarəsinə rəis təyin olunub.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi.

O, bu ilin iyul ayında koronavirusdan vəfat edib/BakuPost

Mia.az-ın əldə etdiyi məlumata görə, Kamran Əliyev, eyni zamanda,  Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini vəzifəsinə də təyinat alıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi rəisi general Ramiz Zeynalovdur.

Mia.az 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA