Dünya Neft Şurasının Baş direktoru  Azərbaycan Energetika Nazirliyinin müraciətinə cavab verib

img

15-10-2020 [15:49]


Dünya Neft Şurasının Baş direktoru Pierce Riemer Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Energetika Nazirliyinin müraciətinə cavab məktubu göndərib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, məktubda bölgədə davam edən münaqişə və onun potensial nəticələri barədə xəbərdar olduqları və müraciətin Dünya Neft Şurasının Prezidentinə təqdim edildiyi diqqətə çatdırılıb. Baş direktor mövcud vəziyyətlə bağlı Şuranın bütün Milli Komitələrinin məlumatlandırılacağını və bu çətin dövrdə Azərbaycanı dəstəklədiklərini bildirib.

Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazov tərəfindən bir sıra beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA