Çempionlar Liqası:  PSJ - "Mançester Yunayted" oyununa azarkeşlər buraxılmayacaq

img

15-10-2020 [10:33]


UEFA Çempionlar Liqasının ilk turunda Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" komandaları arasında keçiriləcək oyuna azarkeşlər buraxılmayacaq.

Məlumata görə, bu, Fransa prezidenti Emmanuel Makronun İl-de-Frans regionunda komendant saatı tətbiq etməsi ilə əlaqədardır. Sərəncama əsasən, saat 21:00-dan səhər saat 6:00-dək küçələrə çıxmaq və stadionlara getmək qadağandır.

Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək PSJ - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA