Samir Abasov: "Futbol ikinci plandadır, fikrimiz cəbhəyə yönəlib"
14-10-2020 [16:12]
"Milli komanda ilə bağlı çox danışa bilməyəcəyəm. Sadəcə hesablardan xəbərim var. Monteneqroya 0:2 hesabı ilə uduzduğumuz və Kiprlə qolsuz heç-heçə etdiyimiz görüşləri izləməmişəm. Əvvəlki oyunlara baxanda görünürdü ki, qrupun favoriti Lüksemburq yığmasıdır".
Bu fikirləri "Zirə" və "Sumqayıt" komandalarının sabiq baş məşqçisi Samir Abasov deyib.
42 yaşlı mütəxəssis 3 aya yaxındır ki, Qusar rayonunda olduğunu və oyunlara baxmadığını bildirib: "Futboldan başı çıxanlar Lüksemburq yığmasının oyununa baxanda görər ki, bunlar favoritdir. Millətlər Liqasında uğur qazana bilməməyimizi heç nə ilə əlaqələndirə bilmərəm. Mənim yığma üçün deyiləcək sözüm yoxdur. Səhv xatırlamıramsa, baş məşqçi Canni De Byazi komandaya gələndə hamını rahatlaşdırmışdı. Sanki bir az ümidləndirmişdi, "O olacaq, bu olacaq" kimi ifadələr işlədirdi. Görünən odur ki, bu qrupdan da çıxa bilmədik. De Byazi çıxıb desə ki, məndə yetərincə material yoxdur, onda əks sual çıxır ki, bəs niyə gəlirdin? O, bütün bunları bilirdi. Bu gün isə futbol ikinci plandadır, fikrimiz cəbhədəki hadisələrə yönəlib. Futbolda sevinməsək də, qələbə xəbərləri ilə sevinək".
Abasov italiyalı baş məşqçinin bəzi oyunlarda 5 müdafiəçi ilə çıxış etməsinə də toxunub: "Baş məşqçilər ilk növbədə buna fikir verməlidirlər ki, əlindəki oyunçular hansı sistemdə effekt verəcək. Heç kim 5-li sistemi sevir deyə oynamır, əlində olan futbolçulara görə edir. Mən "Sumqayıt"da işləyəndə bilirdim ki, komandanı 4 müdafiəçi ilə oynatsam, rəzalət olacaq və heç nə əldə edə bilməyəcəm. Yığmadakı Azər Salahlı mən orada işləyəndə "Sumqayıt"da idi. Onun hücum xüsusiyyəti, müdafiədən daha çox idi. Bu səbəbdən, cinahda oynayırdı".
Sabiq baş məşqçinin sözlərinə görə, Salahlı öz işini 90 dəqiqə yox, 120 dəqiqədə də rahat görə bilər: "Bir oyunçunu misal çəkdim, bütün heyəti saymaq istəmirəm. Önəmlisi budur ki, bu gün hansı oyunçular, sənə hansı sistemdə xeyir verəcək. Hansı sistemlə oynayırsa, onun izahı olmalıdır. Əlindəki oyunçuların hansı sistemdə daha çox kömək edəcəkləri önəmlidir. Hər bir sistemə gör aşağı-yuxarı bir futbolçu var. Bizim yığma hökmən 4-lü və 5-li müdafiə ilə çıxış etməlidir deyə düşüncə olmamalıdır"/Report.
"Nitsa"nın baş məşqçisi: ""Fənərbağça" matçın favoritidir"
Vyetnamada qasırğa: 29 nəfər ölüb, 22 nəfər yoxa çıxıb
Ərdoğandan F-35-lərlə bağlı açqılama: "Biz onlara dedik ki, pulu verdik, niyə vermirsiniz?"
İsrail Qəzzanın mühasirəsini yarmaq istəyən gəmiyə əl qoydu - Könüllülər saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə..." - Prezident "Qarabağ"ı təbrik edib
Elvin Cəfərquliyev matçın ən yaxşı oyunçusu elan edilib - Mətbuat konfransı niyə gecikib?
Bakının 4 rayonunun bəzi ərazilərinə təbii qaz olmayacaq
Çempionlar Liqası: "Qarabağ" 2-ci qolu da atdı, lider kürsüsünə yüksəldi (CANLI YAYIM)
Əməkdar artist Türkiyəyə göndərilib - Heydər Əliyev Fondu Ehtiram Hüseynov müalicəsini nəzarətə götürüb
GÜNÜN VİDEOSU - ADSEA su sistemini böyrüstə qoyub
Sabiq xidmət rəisinə hökm oxundu - Məhkəmə prosesi
QHT RƏHBƏRLƏRİ SAXLANILDI - Saxta orden və medallara görə
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
"Qarabağ" və "Kopenhagen" klublarının rəhbərləri arasında görüş olub
Agentlik direktoru istefa verib, yoxsa...? - Ceyhun Kərəmov Əmrullayevdən vəzifədən azad edilməsini istəyib
"Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yükdaşımaların təşkili haqqında Anlaşma Memorandumunu imzalanıb
Ali Məclis sədri, sədr müavinləri - "Ədalət"də yeni təyinatlar
30 il həbsi tələb olunan Ayşe Barım həbsdən buraxıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğan: "2026-cı il Türkiyə İqtisadiyyatında İslahat İli olacaq"
AFFA Elgün Hüseynovu cəzalandırdı
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
İlham Əliyev, birinci xanım və İtaliya prezidenti universitetdə - FOTOLAR (YENİLƏNİB)
Bir jurnalist yazdı, digəri belə şərh verdi: "Ya türmədə kitab yazarlar, ya da namaz qılarlar"
Üç partiya iclasa qatılmadı, DEM və İYİ partiyalı deputatlar isə Ərdoğanı ayaqda qarşıladı - TBMM-də ilk iclas + FOTO
Azər Bağırov "Kəpəz"lə razılaşıb
Vilayət Eyvazov Sumqayıtda 367 vətəndaşı qəbul edib - Nazir rəislərə tapşırıqlar verib
HƏMAS Trampın Qəzza planını rədd etdi: "Bu iki maddə İsrailin xeyrinə, Fələstin xalqının isə..."
Qəzzada daha iki nəfər acından ölüb
MEDİA TRT kanalına başsağlığı verdi
İsveçrənin Ədliyyə naziri sabiq nazirin müşavirinə məktub yazıb: "Burada doğulan hər kəs özünü..."
Daha bir vəkilin fəaliyyəti dayandırılıb, 2-nə... - İclas oldu
DEM partiyası Ərdoğanın çətiri altına girir? - "Bizə uzadılan əli havada buraxmayacağıq"
İsrail Qəzzanı bombalayır - Xilasedici zabit ölüb, yaralılar var
Sabah hava necə olacaq? - Proqnoz
Kəlbəcər və Şahdağa qar yağıb