Ronaldu koronavirusa yoluxdu

img

13-10-2020 [18:35]


İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu koronavirusa yoluxub.

Bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. 35 yaşlı hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.

Beləliklə, Ronaldu sabah Millətlər Liqasında İsveçlə matçı buraxacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu A Seriyasının növbəti turunda "Krotone" ilə matçı (17 oktyabr) və UEFA Çempionlar Liqasının ilk turunda Ukrayna "Dinamo"su (Kiyev) ilə görüşdə də iştirak etməyəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA