"TÜRKİYƏ NƏ ÜÇÜN HƏMSƏDR OLMASIN?!" - Prezidentdən Minsk Qrupu ölkələrinə vacib mesaj

img

12-10-2020 [14:51]


“Minsk qrupunun həmsədr ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

O bildirib ki, bu siyasi imkanlar nəticəsində onlar o ölkənin vəzifəli şəxslərinə təsir edirlər: "Bu, nə qədər ədalətlidir? Türkiyə nə üçün həmsədr olmasın?! Bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişib. Bu gün Türkiyə nəinki bölgədə, dünya çapında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmir. Türkiyə söz sahibidir və bu, reallıqdır. Bununla hesablaşmaq lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA