Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

11-10-2020 [17:29]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 41 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 357 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 016 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 064, ötən müddət ərzində isə ümumilikdə 1 176 720 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA