Türkiyədə “Can Azərbaycanın Yanındayıq” adlı dostluq turniri keçiriləcək

img

09-10-2020 [12:48]


Türkiyədə qadın futbol komandaları arasında mini-turnir keçiriləcək.

Məlumata görə, bu gün startı veriləcək yarış Dağlıq Qarabağda işğal altında olan torpaqlarımızı qaytarmaq uğrunda mübarizə aparan Azərbaycana həsr olunacaq.

Egey regionundakı Afyon rayonunda təşkil olunan “Can Azərbaycanın Yanındayıq” adlı dostluq turnirində qadınlardan ibarət birinci liqa klubları iştirak edəcək.

Ümumilikdə 6 klubun qatılacağı turnir oktyabrın 11-də başa çatacaq/Apasport.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA