Ali Məhkəmə Əli İnsanovla bağlı qərara noyabrın 15-də baxacaq

img

13-11-2013 [11:42]


Ali Məhkəmənin növbəti plenumunun vaxtı müəyyənləşib. Ali Məhkəmədən APA-ya verilən məlumata görə, plenumun iclası noyabrın 15-nə təyin edilib. İclasda cinayət və mülki işlərə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı zamanı baş verən cinayət işləri üzrə məhkəmə təcrübəsi məsələlərinə baxılacaq.

İclasda sabiq səhiyyə naziri Əli İnsanov, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir sədri Pənah Hüseyn, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlara baxılacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA