Azərbaycan – Kipr oyununun məkanı dəyişdirilə bilər

img

02-10-2020 [15:27]


Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan – Kipr oyununun məkanı ölkəmizdə tətbiq edilən komendant saatı səbəbindən dəyişdirilə bilər.

Bu barədə apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.

Assosiasiya rəsmisi oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan matçla bağlı dəyişikliyi istisna etməyib. Məmmədov bununla əlaqədar UEFA ilə müntəzəm əlaqədə olduqlarını vurğulayıb: “Hazırda Kiprlə oyunun Bakıda keçirilməsini planlaşdırırıq. İndiki vəziyyəti nəzərə alaraq UEFA ilə hər gün telefon vasitəsilə əlaqə saxlayırıq. Qurumun bir neçə nümayəndəsi ilə video-iclaslar keçiririk. Təbii ki, qitə futbol qurumu da baş verən prosesləri yaxından izləyir. A planına əsasən UEFA Millətlər Liqası çərçivəsində Kipr millisi ilə oyun Bakıda keçiriləcək. Komendant saatını nəzərə alaraq B planı da mövcuddur. Bu da qarşılaşmanın digər ölkədə keçirilməsidir”.

İcraçı vitse-prezident oktyabrın 5-dək yekun qərarın veriləcəyini əlavə edib: “Bir daha qeyd edim ki, bu məsələ hər gün UEFA ilə müzakirə olunur. Çox güman ki, oktyabrın 5-dək müvafiq qərar qəbul ediləcək. Hazırda bütün hazırlıqlar görüşün Bakıda keçirilməsi istiqamətində görülür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA