Nazir: "Emənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regionda təhlükəsizlik üçün böyük təhdid doğurur"
01-10-2020 [13:55]
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Almaniyanın Berlin şəhərində keçirilən “Birinci Xəzər Avropa Forumu”nda “Xəzər regionu və onun qlobal iqtisadiyyatda rolu” mövzusunda video-formatda çıxış edib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, o çıxışında zəngin enerji resursları, enerji istehlak edən iki əsas bazar – Avropa ilə Asiya arasında, kontinental marşrutların kəsişməsində yerləşməsi ilə Xəzər regionunun hər zaman olduğu kimi gələcəkdə də regional və qlobal güclərin geosiyasi maraqları dairəsində qalacağını bildirib. Regionun dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsində isə Azərbaycanın müstəsna rolundan bəhs edilib.
“Xəzərin enerji resursları yalnız Azərbaycanın təşəbbüsü olan boru kəmərləri ilə Qərbə yönəldilib. İstismara veriləndən indiyə kimi, bu kəmərlər vasitəsilə Azərbaycan mənşəli, təxminən, 515 mln. ton neft, 86 mlrd. kubmetrdən isə çox qaz nəql olunub. İlin sonuna kimi Cənub Qaz Dəhlizinin tam istismara verilməsi isə Xəzər regionu növbəti dəfə Azərbaycan vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təminatında mühüm faktora çevirəcək”, - deyə nazir qeyd edib.
P. Şahbazov Avropanın Xəzərlə enerji bağlantısının davamlılğını strateji zərurət kimi qiymətləndirən nazir Azərbaycanın Xəzəryanı ölkələrlə Avropa arasında da mühüm təşəbbüslər üçün etibarlı körpü olduğunu deyib. Bildirilib ki, ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsində Xəzəryanı ölkələrin payı 18%, Avropa İttifaqı ölkələrinin isə payı 39%-ə yaxın olub. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri və infrastrukturları vasitəsilə də regionun qlobal iqtisadiyyatda rolunun möhkəmlənməsinə töhfələr verir. Belə ki, 2020-ci ilin ilk altı ayında daşınmış tranzit yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə Bakı-Tbilisi-Qars dəmir yolu ilə 4,5 dəfə çox, "Şərq-Qərb" dəhlizi ilə 15 faiz artımla 3,5 mln. tondan çox olub. "Şimal-Cənub" marşrutu üzrə yüklərin tranzitinin həcmində isə 13 faiz artım qeydə alınıb. Ümumən, bu ilin 6 ayında Azərbaycan ərazisindən keçən tranzit daşımalarında qeyri-neft sektoru üzrə 33% artım olub.
Nazir Pərviz Şahbazov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin isə regionda sabitlik və təhlükəsizlik üçün böyük təhdid doğurduğunu xüsusilə diqqətə çatdırıb. Ermənistanın son vaxtlar regionu qərblə birləşdirən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və digər xətlərin keçdiyi Tovuz bölgəsində hərbi əməliyyat təxribatları bunun bariz nümunəsi kimi qeyd edilib: “Sentyabrın 27-dən isə Ermənistan planlaşdırılmış hərbi təxribata əl ataraq növbəti dəfə təcavüzkar siyasətinə sadiqliyini nümayiş etdirdi. Ermənistan sülh danışıqları prosesini dayandırmaqla bir daha göstərdi ki, regional inkişaf layihələrindən özünü təcrid seçimində israrlıdır, regionun daim təhlükə zonası kimi qalmasında maraqlıdır. Bütün enerjisini, imkanlarını dünyada inkişafa, sabitliyə yönəldən, nailiyyətlərin davamlılığında maraqlı bir ölkə olaraq bizim əsas istəyimiz problemin sülh yolu ilə həlli, ədalətin təminidir. Ermənistanın bu həqiqəti anlaması üçün 30 illik müddət kifayət qədər böyük bir zaman idi. Lakin Ermənistan ona verilən fürsəti ölkəsi, regionumuz və dünya üçün lazımınca dəyərləndirə bilmədi. Ermənistanın işğalı və təcavüzü davam etdirmək siyasəti isə yalnız Azərbaycana qarşı yönəlməyib, həm də regional inkişaf və təhlükəsizliyi hədəfə alıb. Ona görə də bölgədə təcavüzkarlığın dayandırılmasına çalışmalıyıq”, - deyə nazir əlavə edib.
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama