EBRD: "Gələn il Azərbaycan iqtisadiyyatı 2,5% böyüyəcək"
01-10-2020 [12:15]
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 3% kiçiləcəyini proqnozlaşdırır ki, bu da may ayındakı proqnozla müqayisədə dəyişməyib.
“Report” bankın "Regional iqtisadi perspektivlər" hesabatının 2020-ci il sentyabr buraxılışına istinadən xəbər verir ki, 2021-ci ildə isə Azərbaycan iqtisadiyyatı 2,5% (əvvəlki proqnozla müqayisədə 0,5 faiz bəndi az) böyüyəcəyini proqnozlaşdırır.
Məlumata görə, koronavirus pandemiyasının ilk aylarında region ölkələrində pul köçürmələrinin kəskin azalması, əmtəə qiymətlərinin aşağı düşməsi və turizm sektorundakı böhran Şərqi Avropa və Qafqazdakı iqtisadi böyüməni ağırlaşdırıb.
Ümumilikdə Şərqi Avropa və Qafqaz regionunda bu il iqtisadiyyat 4,5% (may ayındakı proqnoz 4,7% idi) azalacağı, 2021-ci ildə isə 2,5% (4,3% proqnoza qarşı) böyüyəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu il region ölkələrindən Gürcüstanda 5%, Ermənistanda 5%, Rusiyada isə 4,5% iqtisadi azalma gözlənilir. Gələn il isə bu ölkələrdə ÜDM-nin müvafiq olaraq 3,5%, 4%, 3% artacağı proqnozlaşdırılır.
Hesabata görə, Azərbaycanda bu ilin əvvəlindəki güclü iqtisadi artım, xüsusən qeyri-neft sektorundakı böyümə mart ayında koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər səbəbindən mənfiyə çevrildi.
Bu ilin ilk səkkiz ayda ölkədə qeyri-neft ÜDM-si illik müqayisədə 1,7%, ümumi ÜDM isə 3% azalıb. Belə ki, xarici ticarət dövriyyəsindəki və büdcənin saldosu neft gəlirlərinin azalması və xərclərin artması ilə profisitdən kəsirə çevrilib. Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) xarici valyuta köçürmələri ilə milli valyutanın dəstəklənməsi sayəsində bu ilin avqust ayına illik inflyasiya 2,9% səviyyəsində reallaşıb. Mərkəzi Bankın və SOFAZ-ın birləşdirilmiş aktivləri 2020-ci il üçün proqnozlaşdırılan ÜDM-dən çox, təxminən 50 mlrd ABŞ dollara çatıb.
EBRD-nin analitikləri hesab edir ki, əsas risklər Azərbaycan üçün koronavirus pandemiyasının yenidən canlanması və neft bazarında aşağı tələbatın davam etməsi ilə əlaqədardır.
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama