Müdafiə Nazirliyindən tank olayı ilə bağlı açıqlama gəldi - FOTO

img

09-11-2013 [17:00]



Azərbaycan Müdafiə Nazirliyi Beyləqanda tankın qəza törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonu ərazisində hərbi hissəyə məxsus tankın guya yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı məlumat yer alıb: "Müdafiə Nazirliyi olaraq bildiririk ki, bu məlumatın heç bir əsası yoxdur və xəbər dezinformasiya xarakteri daşıyır. Həmçinin, tövsiyə edilir ki, hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmalıdır və dəqiqləşdirilmədən verilməsi məqsədəuyğun deyil”(APA). 

Qeyd edək ki, ötən gün bəzi KİV-də noyabrın 7-də Beyləqanda yol ilə hərəkət edən tankın iki avtomobili əzərək daha sonra kanala düşməsi barədə məlumat yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA