Etibar Pirverdiyevin şirkətində qəza oldu, ölən və yaralanan var

img

09-11-2013 [13:14]


"Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyevin nəzarətində olan "AZENC" ASC-də ölümlə nəticələnən qəza baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Xaçmaz rayonu ərazisindəki "AZENCO” ASC-nin əməkdaşları, Qusar rayon sakinləri Cərulla Quliyevlə Nurlan Rəhimov təmir işləri aparan zaman elektrik dirəyi onların üstünə aşıb. Yaralılardan biri - Cərulla Quliyev xəstaxanada dünyasını dəyişib. 

Mia.az-ın Xaşmazdan aldığı məlumata görə,  faktla bağlı Xacmaz prokurorluğu cinayət işi açılıb, hadisənin  təhlükəsizlik qaydalarına əməl edilməməsindən qaynaqlandığı ehtimalı ilə araşdırma aparılır. 

Məlimatda o da bildirilir ki, ASC-nin sahə rəhbərliyi ASC rəhbərliyi ölən və yaralının ailələrindən şikayətçi olmamalarını xahiş edirlər. Lakin hələlik istəklərinə nail ola bilməyiblər. Olayla bağlı araşdırmalarımız olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA