Azərbaycan Ordusunun hərbçisi öz yoldaşını güllələdi

img

09-11-2013 [11:18]



Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Gədəbəydə yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Vüsal Cəfərov tabeliyindəki avtomat silahla hərbçi yoldaşı, müddətdən artıq xidmət edən Məhəmmədəli Abbasovu güllələyib. Nəticədə ürək nahiyəsindən güllə yarası alan hərbçi ağır vəziyyətdə hospitala yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə hərbçilər arasında yaranmış mübahisə səbəb olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. br

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA